Главная > Ölkə İçi, Cəmiyyət > Bakıdakı gecə klubundan şok görüntülər – VİDEO (+18)

Bakıdakı gecə klubundan şok görüntülər – VİDEO (+18)


17 17 2018. Разместил: vetenazerbaycan
Bakıda fəaliyyət göstərən gecə klubu paytaxt sakinlərinin narazılığına səbəb olub.

Minval.info xəbər verir ki, Nərimanov rayonunda yerləşən “İnfinity” adlanan məkandan yayılan görüntülər müzakirələrə yol açıb. Belə klubun ölkəmizdə fəaliyyət göstərməsi, bəzilərinin sərt reaksiyasına tuş gəlib. Onlar bu məkanda erotik rəqslərin və əyləncənin bu tərzdə təşkilinə etiraz ediblər.

Görüntülərin dünən lentə alındığı bildirilir.

İddiaya görə, klubda yaşı az olan qadınlar daxil olmaqla ərəb müştərilərini gözləyənlər var. Onlar pul qarşılığında intim münasibətlər təklif edirlər. Qiymətlərin isə 150 dollardan başlayaraq 500 dollar arasında dəyişdiyi bildirilir.

Klubda təxminən 500-ə qədər qadınların pullu xidmət göstərdiyi söylənilir.

Məsələ ilə bağlı minval.info “İnfiniti” adlanan məkanla əlaqə saxlayıb. Klubdan saytımıza iddiaların əsassız olduğu bildirilib: “Burada belə şey yoxdur. Deyilənlərin hamısı yalandır”.

Bunu da oxu – Bakıda erotik rəqs göstərilən gecə klubunun izi ilə… – YENİ DETALLAR – VİDEO

Вернуться назад