Azərbaycan İnformasiya Agentliyi (AİA)


"ASAN School" - Gənclər üçün ən geniş təcrübə imkanları yaradan platforma


"ASAN School" - Gənclər üçün ən geniş təcrübə imkanları yaradan platforma

Bu gün ölkədə gənclərə ən geniş təcrübə imkanları yaradan platforma “ASAN School” təcrübə məktəbidir. “ASAN School”-dan məzun olan gənclərin sayı gündən-günə artmaqdadır. Hətta bu yaxınlarda bu say 9000 nəfəri ötmüşdür.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətini bitirən gənclər üçün təcrübə bununla yekunlaşmır. “ASAN School” təcrübə məktəbi “Master 2” adlanan könüllülüyün ikinci pilləsini həyata keçirir.
Bununla da çoxsaylı tələbələr, ali təhsilini bitirən lakin iş təcrübəsi olmayan gənclər üçün geniş təcrübə imkanları yaranır. “Master 2” çərçivəsində könüllülər bir çox qurumlarda staj keçə bilir. Bunun üçün hər bir gənc öz ixtisasına, maraq dairəsinə, potensialına uyğun 3 istiqamətdən birini seçə bilər. Bu istiqamətlər inzibati menecment, biznes menecment və sosial menecment olaraq bölünür.
“ASAN School” təcrübə məktəbi hər istiqamətə müvafiq olaraq dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində artıq 1000-dən çox könüllü Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, AR Məhkəmələri, Dövlət Miqrasiya Xidməti, Dövlət Neft Fondu, yerli icra hakimiyyəti orqanları və digər təşkilatlarda təcrübədən yararlanıblar.
“Master 2”-yə müraciət etmək istəyən könüllülər artıq daha rahat və operativ müraciət edə bilərlər.
Könüllü sadəcə fəaliyyət istiqamətini seçir və uyğun tarix üzrə müraciət edə bilir.
Ətraflı məlumat və müraciət üçün : www.asanschool.az


0 0



Şərhlər (Facebook)