Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kremlin adamı əsas düşmənini istefaya göndərdi


Moldovanın yeni prezidenti İqor Dodon Müdafiə naziri Anatoli Şalarunu istefaya göndərib.
Xəbər verilir ki, bu barədə informasiya Dodonun rəsmi Feysbuk səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Dodon rusiyayönlü prezidentdir. O, Moldovanın AB-yə inteqrasiyasını dayandırmaq xətti tutub. Dodon həmçinin Kişinyovun gələcəyinin Rusiya ilə bağlı olduğunu və ölkəsinin Avrasiya İttifaqına girməsi gərəkdiyini düşünür.
Anatoli Şalaru Moldovanın NATO-ya inteqrasiyasını dəstəkləyən əsas şəxs hesab edilib. Şalaru həmçinin Moskvaya qarşı sərt mövqeyi ilə seçilib. Bir müddət öncə onun Dnestryanıda Rusiya bazaları yerinə NATO bazalarını yerləşdirməsini tələb etməsi, yeni prezidentlə arasında qalmaqalın yaranmasına səbəb olub. Dodon Şalarunu təxribatçı adlandırıb. Özünün rusiyayönlü mövqe tutmasına baxmayaraq, Dodon Şalaruya qarşı əsas arqument kimi Moldovanın neytral ölkə olmasını əsas gətirib.


0 0



Şərhlər (Facebook)