Azərbaycan İnformasiya Agentliyi (AİA)


QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !


Ölkə ictimayyəti, eləcə də xaricdə yaşayan həmvətənlərimiz bu çirkin informasiya oyununda ayıq-sayıq olmalı, həqiqətin tərəfini saxlamaqla belələrinin sıradan çıxmasına kömək etməlidirlər.



Ümummilli lider Heydər Əliyevin daim ucadan söylədiyi, Prezident İlham Əliyevin çıxış və nitqlərində dövlətimizin baş şuarına dönmüş “Müstəqilliyimiz qürur mənbəyimizdir” kəlamı ötən 25 ildə dünyanın hər yerində həmvətənlərimizin də dillərinin əzbəri olmuşdur. Lakin Ulu Öndərin dediyi kimi, dövlət müstəqilliyini qazanmaqla iş bitmir, əsas məsələ onu qoruyub möhkəmləndirməkdən, dönməz prosesə çevirməkdən ibarətdir. Bu tarixi vəzifənin uğurla gerçəkləşdirilməsi təkcə Azərbaycan Respublikasının vətəndaşlarının deyil, bütövlükdə, dünya azərbaycanlılarının müqəddəs işidir. Ona görə də ümummilli liderimiz dünyanın harasında olurdusa, orada yaşayan soydaşlarımızı bir yerə toplayır, qardaş-bacılarımızı Vətənlə sıx əlaqə saxlamağa çağırırdı, xaricdə fəaliyyət göstərən imkanlı həmvətənlərimizi, iş adamlarını Azərbaycana dəvət edir, problemlərimizin həllində onların fəal iştirakına əlverişli şərait yaradırdı.
Bu prosesə ilk qoşulanlardan biri Rusiya Federasiyasının vətəndaşı, xeyriyyəçi-şair Gülağa Qənbərov olmuşdur.
(Rasim Əliyevin çıxışı).
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !

Gülağa Qənbərov Rusiyada inşaat-memarlıq sahəsi üzrə ali təhsil almış, aldığı ixtisas istiqamətində əmək fəaliyyətinə orada başlamış və sonradan digər xarici ölkələrdə də müxtəlif sahələrdə biznes qurmuşdur.
Gülağa Qənbərov 1992-94-cü illərdə Qarabağda gedən hərbi əməliyyatlar zamanı döyüş bölgələrindəki hərbi hissələrimizə təmannasız olaraq müxtəlif təyinatlı yardımların əldə olunaraq çatdırılmasını, eləcə də yaralanmış əsgər-zabitlərimizin ölkəmizdə və zərurət yarandıqda xaricdə müalicəsini təşkil etmişdir.
Gülağa Qənbərov dəvət əsasında 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş dünya azərbaycanlılarının I qurultayında iştirak etmişdir.
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !

O,qurultayda ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində irəli sürdüyü dəyərli və uzaqgörən ideyaların həyata keçməsində öz maddi-mənəvi dəstəyini sərf etməyə qərar vermişdir. G.Qənbərov 2002-ci ilin yaz aylarında Azərbaycana gələrək öz vəsaiti hesabına Masallı rayonunda bir sıra humanitar və xeyriyyə layihələrin (tikinti, təmir-abadlıq işləri ilə yanaşı, bir neçə şəhid ailəsinin himayəyə götürülməsi və s.), eləcə də Bakı şəhərinin Xəzər və Xətai rayonlarında yerləşən internat məktəblərinin, uşaq evinin, müharibə və əmək veteranları pansionatının inşaat, təmir-bərpa və təchizat məsələlərini daim diqqət mərkəzində saxlamışdır. (foto 5) Daimi olaraq yaradıcı ziyalıları hərtərəfli dəstəkləyən şair G.Qənbərov 2003-cü ildə AR Yazıçılar Birliyinin, 2004-cü ildə isə AR Jurnalistlər İttifaqının üzvü olmuşdur.
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !


O, Yazıçılar və Bəstəkarlar birliklərinin görkəmli üzvlərinə əsərlərinin çap edilməsinə maliyyə dəstəyi olmuş, Şamaxı rayonunda dəfn edilmiş görkəmli şair M.Ə.Sabirin məqbərəsinin tam abadlaşdırılmasını həyata keçirmişdir.
Həmin dövrdə müxtəlif ünsürlər tərəfindən G.Qənbərovun xeyriyyəçilik fəaliyyətini cəmiyyətə mənfi və məqsədli xarakter daşımasını bütün vasitələrdən istifadə etməklə çatdırmağa çalışmışlar. Belə ki, KİV-lərdə böhtan xarakterli materialların dərc olunması, həqiqətə uyğun olmayan şaiələrin yayılması prosesi başlamışdır. Bu “kampaniya”nın məqsədi müxtəlif qurumlarda (dövlət, biznes, yaradıcı ziyalılar və s.) xeyriyyəçi-şair haqqında mənfi imic yaratmaq olmuşdur.
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !


Qeyd etmək istərdim ki, 2004-cü lilin yaz aylarında AR Milli Məclisindən Milli Təhlükəsizlik Nazirliyinə daxil olmuş məktuba əsasən G.Qənbərov barəsində zəruri və kompleks yoxlama tədbirləri keçirilmişdir. Yoxlamalar nəticəsində G.Qənbərovun Azərbaycanın milli maraqlarına, dövlətçiliyə zidd fəaliyyəti barədə hər hansı məlumatlar əldə edilməmiş və bu barədə Milli Məclisə MTN nazir müavinin imzası ilə cavab məktubu göndərilmişdir.(cavab məktubun kserosurəti-foto 6)
G.Qənbərov tərəfindən yaradılmış “G.Qənbərov xeyriyyə fondu” Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən və yararsız vəziyyətdə olan internat məktəbinin yenidən inşa etdirmişdir. Müasir standartlara cavab verən internat kompleksi 2004-cü ilin may ayında istifadəyə verilmişdir. Eyni zamanda xeyriyyə fondu ölkəmizin idman sahəsinə maddi və mənəvi dayağ olaraq Azərbaycanda və xaricdə keçirilmiş bir sıra beynəlxalq yarışlarda idmançılarımızın iştirakını maliyyələşdirmişdir.
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !


Heydər Əliyev Fondunun yaradılmasından sonra G.Qənbərov xeyriyyəçilik fəaliyyətini Fondun rəhbərliyi altında davam etdirmişdir. Fondun layihələri əsasında Masallı və Şamaxı rayonlarındakı iki orta məktəbin yeni binaları qısa müddət ərzində inşa edilmişdir. (fotolar 1-2 + video 2-G.Tənhanın çıxışı), Qeyd etmək istəyirəm ki, bir sıra informasiya portallarında G.Qənbərovun Azərbaycana qayıdışının Eldar Mahmudovun MTN naziri olduğu dövrdə baş verməsi barədə məlumatlar əsassızdır və həqiqətə uyğun deyil. MTN tərəfindən G.Qənbərovla bağlı bütün araşdırmalar 2004-cü ilin may-iyun aylarnda başa çatdırılmış, E.Mahmudov isə nazir vəzifəsinə 2004-cü ilin iyul ayının axırlarında təyin edilmişdir.
G.Qənbərov barəsində səriştəsiz media qurumlarının söz azadlığı pərdəsi arxasında ölkəmizin uğurlarını gözdən salmağa çalışması, şər, böhtan xarakterli yazılarla namuslu soydaşlarımızı hədəfə alması xaricdə yaşayan azərbaycanlılarda da ciddi narazılıq yaradır. Ölkə ictimayyəti, eləcə də xaricdə yaşayan həmvətənlərimiz bu çirkin informasiya oyununda ayıq-sayıq olmalı, həqiqətin tərəfini saxlamaqla belələrinin sıradan çıxmasına kömək etməlidirlər.
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !
QOY HƏQİQƏT ZƏFƏR ÇALSIN !



0 0



Şərhlər (Facebook)