Azərbaycan İnformasiya Agentliyi (AİA)


Türkiyəli səfir Azərbaycanda səs verdi - Fotolar



Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər.

Azerbaycaninfo.az AzərTac-a istinadən xəbər verir ki, bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb. Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycanda altı mindən çox türkiyəli seçici qeydiyyata alınıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral referendumla bağlı səs verib.

AzərTac xəbər verir ki, diplomat jurnalistlərə açıqlamasında bu referendumun türk xalqına uğur gətirəcəyini söyləyib.


Türkiyəli səfir Azərbaycanda səs verdi - Fotolar
Türkiyəli səfir Azərbaycanda səs verdi - Fotolar
Türkiyəli səfir Azərbaycanda səs verdi - Fotolar


0 0



Şərhlər (Facebook)