Azərbaycan İnformasiya Agentliyi (AİA)


Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası oldu



Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Azerbaycaninfo.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, M.Rzayevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun mayın 3-nə təyin edilmiş iclasında baxılacaq.


0 0



Şərhlər (Facebook)