Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qazaxıstan səfiri: Dağlıq Qarabağ münaqişəsi KTMT ilə bağlı deyil



Dağlıq Qarabağ münaqişəsi KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə bağlı deyil və danışıqlar yolu ilə beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməlidir.

Azerbaycaninfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev bildirib.

“Qazaxıstanın mövqeyi belədir ki, biz Dağlıq Qarabağ problemini mötərizədən kənara çıxarır və KTMT ilə heç cür bağlamırıq. Çünki bu, regional münaqişədir. Onu beynəlxalq hüquq normalarına uyğun olaraq həll etmək lazımdır”, - T.Urazayev vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstanın mövqeyi çoxdan bəllidir, ölkəsi məsələnin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.


0 0



Şərhlər (Facebook)