Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qənirə Paşayeva: “Şəhid ailələri və Qarabağ qazilərinə sığorta puluyla bağlı nə cavab verək?”


Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxışında şəhid ailələri və Qarabağ qazilərinə verilməli olan sığorta pulunun ödənilməsində yaranan problemlərdən danışıb: ”Şəhid ailələri bizim baş tacımızdır, ən dəyərlimizdir. Onlar bizim qəbulumuza gələrək və ya hər hansı bir tədbirdə görüşdüyümüz zamanı mütləq bu məsələni qaldırır və həmin vəsait nə zaman veriləcək deyə soruşurlar və buna ehtiyaclarının olduğunu deyirlər. Onlara cavab verə bilmirik. Ailələrin əksəriyyətinin həmin pula böyük ehtiyacı var. İndi hökumət üzvlərimizdən, maliyyə naziri Samir müəllimdən soruşmaq istəyirəm ki nə cavab verək o ailələrə. Nə zaman veriləcək bu vəsait deyək. Gələn ilin büdcəsində bununla bağlı məsələ nəzərdə tutulubmu? Bu məsələnin öz həllini tapmasını xahiş edirik. Çünki bu çox vacib bir məsələdir".

Qənirə Paşayeva eyni zamanda MM-də hökuməti Milli Kulinariya Mərkəzinə ayrılan vəsaitin artırılmasına çağırıb: "Milli Məclisdə “Azərbaycan Respublikasının 2018-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva bildirib ki, mədəniyyətimizin təbliğinin bir parçası da mətbəximizin təbliğdir. Ölkədə turizmin inkişafında da bu ən önəmli faktorlardan biridir. Amma hətta qonşu ölkələrlə müqayisədə bizdə Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır. Amma onlar dünya ölkələrində keçirilən tədbirlərdə, yarışlarda, festivallarda iştirak edərək mətbəximizi tanıtmaqla bərabər, mətbəximizi əl uzadaraq öz mətbəxləri kimi təqdim edənlərə qarşı da mübarizə aparmalıdırlar. Ona görə də bu məsələyə baxılması və Milli Kuinariya Mərkəzinə ayrılan vəsairin daha da artmasına çalışmalıyıq və mən müvafiq qurumları bu məsəlyə xüsusi diqqət ayırmağa çağırıram. Mərkəzin çox gözəl nailiyyətləri var, gözəl işlər görürlər və onlarfa dəstəyimizi artırmalıyıq".


0 0



Şərhlər (Facebook)