Azərbaycan İnformasiya Agentliyi (AİA)


35 deputat büdcə layihəsinin əleyhinə çıxdı


Dekabrın 8-də Ermənistan parlamenti 2018-ci ilin dövlət büdcəsi layihəsini qəbul edib. Novator.az-ın məlumatına görə, hakim koalisiyadan 64 deputat layihənin lehinə, 35 müxalif deputat əleyhinə səs verib.

2018-ci ildə büdcə gəlirlərinin 10% artımla 1 trilyon 248 milyard dram (2 milyard 573 milyon dollar) olması proqnozlaşdırılır.

Büdcənin xərclərini isə 7,75% artırıb 1 trilyon 465 milyard drama (3 milyard dollar) çatdırmaq nəzərdə tutulur.

Ermənistanın müdafiə xərcləri büdcə layihəsində 234 milyard dram (482,5 milyon dollar) göstərilir.

Novator.az xatırladır ki, 2018-ci ildə Azərbaycanda büdcənin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat proqnozlaşdırılır.


0 0



Şərhlər (Facebook)