Azərbaycan İnformasiya Agentliyi (AİA)


Telman İsmayılovun tutdurduğu Suren Xaçaturovu Ermənistanda həbsdən buraxdıla


Telman İsmayılovun ifadəsi əsasında qaldırılmış cinayət işinin istintaqı çərçivəsində barəsində həbs qərarı verilmiş Rusiya vətəndaşı, Ermənistana qaçan və orada saxlanılan Suren Xaçaturov həbsxanadan buraxılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, onu səhhətinin ağır olması ilə bağlı məhbuslar üçün nəzərdə tutulmuş müalicə müəssisəsindən mülki xəstəxanaya köçürüblər.

Suren Xaçaturovun barəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarış elan edilib. Lakin Avropa İnsan Haqları Məhkəməsi onun iddiası əsasında belə qərar çıxarıb ki, Xaçaturovun Rusiyaya ekstradisiya edilməsi yolverilməzdir. Bildirilir ki, Suren Xaçaturov uzun müddət Rusiyada yaşayıb və Telman İsmayılova məxsus obyektlərə nəzarət edib. Onun barəsində İsmayılovun ifadəsi əsasında cinayət işi başlanıb. Lakin bu cinayət işinin detalları barədə məlumat yoxdur.

Müflis oliqarx Telman İsmayılov özü də hazırda beynəlxalq axtarışdadır, məlumatlara görə Fransada gizlənir. Onun barəsində Rusiya hüquq-mühafizə orqanları sifarişli qətllər və mütəşəkkil cinayətkar qruplaşma yaratmaq kimi ağır ittihamlarla cinayət işi qaldırıb.


0 0



Şərhlər (Facebook)