Azərbaycan İnformasiya Agentliyi (AİA)


Seçicilər səsvermə zamanı yoxlanılmayacaq


Səsvermə zamanı seçicilər yoxlanılmayacaq

Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir.

APA-nın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.

Hazırda qüvvədə olan bənd belədir: "Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır".

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


0 0



Şərhlər (Facebook)