Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səbail rayonunda növbəti iməclik


Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir.
Ulu öndərin şəxsi təşəbbüsü ilə ötən əsrin 70-ci illərində yaradılmış “Dostluq parkı”nda və eləcə də Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisindəki ağacəkmə aksiyası RİH başçısının müavini Abit Əliyev və YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin, rayonunun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, YAP üzvlərinin, yüzlərlə insanın iştirakı ilə keçirilmişdir.
Keçirilən iməсlikdə ümumilikdə 1000 ədəd yeni Eldar şamı, oluandr, kiparis, zeytun və s. ağacları əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Ağacların normal inkişafı üçün gübrə gətirilmiş, onlara qulluq göstərilməsi və gündəlik suvarılması məsələləri həll olunmuşdur.
“Şıx” ərazisində bu iməcliklərin keçirilməsi və burada böyük “Ekoloji park”ın yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin töhfəsidir.
Səbail rayonunda növbəti iməclik
Səbail rayonunda növbəti iməclik



0 0



Şərhlər (Facebook)