Azərbaycan İnformasiya Agentliyi (AİA)


Novruz Məmmədov "Financial Times"-ı tənqid etdi — "İki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər"


Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov "Financial Times" qəzetini sərt şəkildə tənqid edib.
"Ölkə.Az" xəbər verir ki, Novruz Məmmədov bu barədə sosial şəbəkədəki səhifəsində status yazıb.

Statusda Prezidentin köməkçisi "Financial Times" qəzetini çox məkrli və qərəzli aktyor adlandırıb: “Təəssüflər olsun ki, Qərbdə bir sıra mətbuat orqanları son 2-3 onillikdə özlərini beynəlxalq münasibətlərin aktyorları kimi aparmağa başladılar. Özü də çox məkrli və qərəzli aktyor kimi. Onlardan biri də “Financial Times”dır".
Amma bir həqiqəti anlamağın vaxtı çatıb ki, yalan, böhtan, qərəzli məlumatlar yaymaqla məşğul olan mətbu orqan artıq mətbu orqan olmaq missiyasını itirir. “Financial Times”, şübhəsiz, bu sıradadır və bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə onun da məsuliyyəti var. Əgər, həqiqətən də, sizin haqq-ədalətlə bağlı iddialarınız varsa, son 20-30 ildə dünyanın müxtəlif ölkələrində yüz-minlərlə günahsız insanın həlak olması ilə bağlı obyektiv araşdırmaları ortaya qoyun! Gücünüz çatmır, yoxsa... illərlə problemi ilə məşğul olduğunuz Yaxın Şərqi “xoşbəxt etdiniz”?

Azərbaycana bir dəfə də olsun səfər etməyən, reallıqlardan xəbəri olmayan, Yaqland haqqında onun ölkəsində yayılmış məlumatlara göz yuman bu iki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər”, - deyə, N.Məmmədov əlavə edib.


0 0



Şərhlər (Facebook)