Azərbaycan İnformasiya Agentliyi (AİA)


Indoneziya səfirinin hesabat dolu ziyafəti


Indoneziya səfirinin hesabat dolu ziyafəti

Indoneziya səfirinin rəhbərliyi ilə baş tutan ziyafət Hilton otelində keçirildi. Təqdimat xarakterli zuyafət gecəsinə universitet rektorları, Tv kanal aparıcıları və media numayəndələri qoşulmuşdular. Videostenddə görüntülü olaraq Indoneziya və Azərbaycan səfirliyinin həyata keçirilən birgə layihələrindən bəhs olunurdu. Səfir öz çıxışında tərcüməçi və köməkçisi Pərvanə xanım vasitəsi ilə iki ölkənin sıx mədəni əlaqələrinin inkişafından bəhs edərək, görülən işlər barədə məlumat verdi. Ziyafətdə məşur simalar yer almaqla yanaşı Xəzər Universitetinin əsasını qoyan Hamlet Isazadə, elecədə Xəzər telekanalının aparıcı simalarından olan Nəcəf Həsənov, Emin Musəvi, yazar- jurnalist Aynur Nurlu, sayt rəhbəri Almaz Ilahə, Xalq artisti Zümrüd Məmmədova, gənc bəstəkar Ilahə Qismət və digər media və incəsənət sahəsində tanınan simalar iştirak edirdi. Çıxışının yekununda doktor Husnan bey Fenani Azərbaycan xalqına başda prezident Ilham Əliyev cənabları olmaqla yanaşı, yeni gözlənilən ildə sülh və əminamanlıq, xoş və firəvan həyat arzuladı. Ziyafət Indoneziya təamlarının dadılması ilə davam etdi.
Aynur Nurlu


0 0



Şərhlər (Facebook)