Azərbaycan İnformasiya Agentliyi (AİA)


ABŞ Ukraynaya güclü silah verir, Rusiyaya münasibət sərtləşir – Qərb mediası


ABŞ nəhayət ki, Ukraynaya letal (öldürücü) silah göndərməyə qərar verdi. Hərbi ekspertlər bu silalhların Donbasda qarşı duran qüvvələr balansına təsir göstərəcəyinə inanırlar.

“Donald Trampın Ukraynanın “Javelin” (Cavelin oxunur-red.) tipli tank əleyhinə raketlərlə təchiz olunması haqqında qərarı Ağ Evin Kremllə bağlı hansı kursu götürdüyünün gözəl nümunəsidir”, - “The Wall Street Journal”-dan Maykl Qordon yazır.

Müəllif D.Trampın Putinlə münasibətləri düzəltmək adına bütün istəklərinə rəğmən öz köməkçilərinin Rusiyaya “soyuq müharibədən sonra formalaşan dünya düzəninə təftişçi mövqedən yanaşan dövlət” olaraq baxılması barədə məsləhətlərinə qulaq asdığını yazır.

Jurnalist “Javelin”lərin hələ Barak Obama dövründə Ukraynaya verilməsi məsələsinin gündəmə gəldiyini, lakin demokrat prezidentin bunun Rusiyanı daha böyük təxribatlara təhrik edəcəyi əndişəsi ilə razılıq vermədiyini xatırladır.

Картинки по запросу javelin пзрк

NATO qüvvələrinin keçmiş komandanı general Filip Bridlav isə həmişə “Javelin”lərin Ukraynaya verilməsinin tərəfdarı olduğunu söyləyib. “Bu olduqca düzgün bir qərardır. Bunu əvvəlcədən etsəydilər, daha böyük effekt verərdi”, - istefada olan general bildirib.

“Nə general Bridlav, nə də bu qərarı dəstəkləyən digər ekspertlər “Javelin” raketlərinin münaqişədə qüvvələr balansını dəyişdərəcəyinə əmin deyillər. Lakin onların bu raketlərin rusların Ukraynada yeni hərbi əmliyyatlardan çəkindiriəcəyinə inanırlar”, - məqalədə qeyd olunub.



“Javelin” həqiqətən çəkindirici effektə malikdir. Çünki bu raketlər həm canlı qüvvə, həm də ağır texnikada ciddi tələfata yol aça bilən güclü vasitədir. Putin isə itkilər məsələsində olduqca həssasdır”, - ABŞ-ın Rusiyadakı keçmiş səfiri, NATO baş katibinin keçmiş müavini, hazırda isə nüfuzlu Atlantika Şurasının üzvü Aleksandr Verşbou müəllifə söyləyib.



Məqalədə Obama dövründə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarından olan Evelin Farkasın da fikrinə yer verilib. Xanım Farkasın fikrincə, ABŞ hökuməti Ukryananın özünü müdafiə edə biləcəyi qədər silah almasını maliyyələşdirməyə hazır olması barədə suallara cavab verməlidir.

Məqalədə Ukraynanın şərqində döyüşlərin yenidən şiddətləndiyi, danışqların isə artıq dalana dirəndiyini vurğulanır. Müəllif yazıda Putinin sülhməramlıların yerləşdirilməsi ilə bağlı təklfinin əslində münaqişə vəziyyətinin əbədi olaraq qalmasına xidmət etməkdən başqa bir işə yaramadığını qeyd edir.

Картинки по запросу javelin ukraine

“Putin indi ancaq yenidən seçilməklə bağlı işlərlə məşğuldur. Buna görə də öz təbəələrinin millətçi hissləri ilə oynamağa üstünlük verir. Bu səbəbdən yaxın aylarda Ukrayna probleminin həll ediləcəyinə ümid bəsləməyə dəyməz. Özü də seçkilərin Krımın işğalı ilə eyni bir tarixə, 18 martda salındığı bir vaxtda...”, - müəllif fikrini yekunlaşdırıb.

Almaniyanın “Die Zeit” qəzeti isə Ukrayna xarici işlər naziri Pavel Klimkinin müsahibəsini dərc edib.

Картинки по запросу pavel klimkin

Klimkin Rusiyanı sakitləşdirmək cəhdlərinin əbəs olduğunu söyləyərək bunları deyib: “Rusiya hər gün insan hüquqlarını kütləvi surətdə pozan, demokratiyanı məsxərəyə qoyan və bu gün avropalıların əsaslandığı dəyərlər sisteminin sifətinə tüpürən bir dövlətdir. Bir baxın, cəmi bir il öncə xarici işlər naziri Sergey Lavrov Münhen konfransında Qərb erasının bitdiyini sevnclə bəyan etmişdi. Rusiya bizə və Qərbə qarşı hibrid savaşı aparır... Bu səbəbdən Kremllə yalnız və yalnız anladığı dildən, yəni güc nümayişi ilə danışmaq lazımdır”.

Musavat.com
ABŞ Ukraynaya güclü silah verir, Rusiyaya münasibət sərtləşir – Qərb mediası
ABŞ Ukraynaya güclü silah verir, Rusiyaya münasibət sərtləşir – Qərb mediası


0 0



Şərhlər (Facebook)