Azərbaycan İnformasiya Agentliyi (AİA)


Prezident seçkilərində fəallıq


Prezident seçkilərində fəallıq

Hər il olduğu kimi bu dəfə də "Beynəlxalq Əlillər Cəmiyyəti" İB "Əlillər Dünyası" qəzeti ilə birgə seçkilərdə həm ölkədaxili, həm də ölkəxarici fəallıq göstərdilər. Belə ki, Cəmiyyətin adı ilə respublikamızda seçkilərdə fəallıq göstərən əlilliyi olan 6 nəfərlik qrupa rəhbərlik edən 2-ci qrup əlil Babayev Akif İbram oğlu və 3-cü qrup əlil Həsənova Aybəniz Camal qızı oldular. SNQ ölkələri üzrə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in rəssamlar üzrə qrup rəhbəri, 2-ci qrup əlil, Moskva Dövlət Humanitar İqtisad Universitetinin 3-cü kurs tələbəsi Ümid Cümşüdov universitetin rektoru Vaqif Bayramovun təşkilatçılığı ilə seçkilərdə fəallıq göstərmişlər. Belə ki, Universitetin azərbaycanlı tələbələrini təşkil edərək Azərbaycanın Moskvadakı səfirliyində yerləşən seçki məntəqəsinə apraraq səsvermədə iştirak etmişlər. Seçkilərdə ilk dəfə iştirak etdiyi üçün Ümid Cümşüdova Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu tərəfindən şəhadətnamə təqdim edilmişdir.

https://vestikavkaza.ru/news/Moskva-i-Podmoskove-golosuyut-na-vyborakh-prezidenta-Azerbaydzhana.html

"Əlillər Dünyası" qəzetindən
Prezident seçkilərində fəallıq
Prezident seçkilərində fəallıq
Prezident seçkilərində fəallıq



0 0



Şərhlər (Facebook)