Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ağdamın başçısı işdən çxıarıldı, Binəqədiyə isə yeni başçı təyin edildi


Ağdamın başçısı işdən çıarıldı, Binəqədiyə isə yeni başçı təyin edildi

Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azerbaycaninfo.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Raqub Allahverdi oğlu Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. "Azərtac" xəbər verir ki, pre3zidentin digər sərəncamına əsasən isə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev mayın 17-si Xaləddin İsgəndərovu Binəqədi icra başçısı vəzifəsindən azad etmişdi.


0 0



Şərhlər (Facebook)