Azərbaycan İnformasiya Agentliyi (AİA)


Tramp Ərdoğanla görüşəcək - Ağ Evdən açıqlama


Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ prezidenti Donald Trampın seçkidə qələbə münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edəcəyini bidirib.

Azerbaycaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ evdə jurnalistlər üçün keçirilən brifinqdə Sanders Trampın Ərdoğan ilə təşkil edəcəyi görüş üçün hazırlaşdırdıqlarını deyib:

"Güclü əlaqələrimizi bir kəs daha qeyd etmək üçün prezident Tramp və Türkiyə prezidenti Ərdoğan arasında görüş təşkil etmək üçün çalışırıq”.

O, Türkiyəyə demokratiyanın inkişaf etdirməsi üçün addım atmağı və ikitərəfli münasibətləri irəli aparmağa çağırıb.
Sanders görüşün keçirilmə vaxtı barədə məlumat verməyib.


0 0



Şərhlər (Facebook)