Azərbaycan İnformasiya Agentliyi (AİA)


Mədət Quliyev vəzfəsindən alınır


Mədət Quliyev vəzfəsindən alınır

General DİN-dəki əvvəlki yerinə qaytarılır

Son günlər mətbuatda Penitensiar Xidmətinin rəisi Mədət Quliyevin başını ağrıdacaq bir neçə olay baş verib. JAM.AZ xəbər verir ki, bir müddət əvvəl həbsxanada məhkumlardan birinin döyülərək öldürülməsinin ardından Laimyə adlı qızın həbsxanada uşaq dünyaya gətirməsi ciddi problem yaradacaq.

Əldə etdiyimiz məlumata görə, general Mədət Quliyevin məsələsi artıq həll olunub. JAM.AZ-a verilən məlumatda iddia edilir ki, məhz olanlardan dolayı xidmət rəisi işdən azad ediləcək. Onun yerinə kimin gətriləcəyi məlum deyil. Amma Quliyevin hansı posta təyinat alacağı barədə bilgilər mövcuddur. Bilinən odur ki, general yenidən DİN-ə, öz əvvəlki yerinə qaytarılacaq.


0 0



Şərhlər (Facebook)