Azərbaycan İnformasiya Agentliyi (AİA)


Prezident Avropa İttifaqının komissarını qəbul edib


 Prezident Avropa İttifaqının komissarını qəbul edibAzərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, mədəni, turizm və digər sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, insan haqları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında Azərbaycanda bu istiqamətdə uğurlu işlərin həyata keçirildiyi bildirilərək ölkəmizdə sərbəst toplaşma azadlığı, media, fikir, internet və digər azadlıqların təmin olunduğu qeyd edilib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların olduğu vurğulanıb.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)