Azərbaycan İnformasiya Agentliyi (AİA)


28 cinayətkar həbs olundu


28 cinayətkar həbs olundu

Oktyabrın 17-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

Orxan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)