Azərbaycan İnformasiya Agentliyi (AİA)


Pakistan Qarabağdakı "seçkiləri" tanımır


Pakistan Qarabağdakı "seçkiləri" tanımırAzərbaycanın bir hissəsi olan, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda mayın 3-də keçirilmiş “parlament seçkiləri” beynəlxalq normaların açıq şəkildə pozulmasıdır.

Bu barədə Pakistan XİN-nin rəsmisi keçirilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, bu “seçkilər” beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

“Bu “seçkilər” Dağlıq Qarabağ münaqişəsinin dinc yolla uzunmüddətli həllinə nail olmaq üzrə səylərə mane olmaq cəhdi kimi nəzərdən keçirilir. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir”, - deyə, Pakistan XİN-nin rəsmisi bəyan edib.

Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)