Azərbaycan İnformasiya Agentliyi (AİA)


İşdən çıxarılan Nəsiminin sabiq başçısı Nəsib Məhəməliyev deputat olmaq istəyir


Məlum olduğu kimi, prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və vəzifəsindən azad edilən yeganə icra başçısı olub ki, onun hansısa digər vəzifəyə təyinatı baş verməyib.
Unikal.org sabiq başçıdan müsahibə götürüb.
N.Məhəliyev bildirib ki, ölkə başçısının qərarı onun üçün gözlənilməz olmayıb: “Mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilıməz deyildi”.
Sabiq başçı bu addımını deputat olmaq niyyəti ilə izah edib: “Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP- in namiziədi kimi qatılmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb”.
N.Məhəliyev onu da vurğulayıb ki, namizədliyini məhz Balakən rayonundan irəli sürmək istəyir.


0 0



Şərhlər (Facebook)