Azərbaycan İnformasiya Agentliyi (AİA)


YAP 29 saylı dairədə iki deputatı üz-üzə qoydu


Fuad Muradova qarşı Şəmsəddin Hacıyev!
Yeni Azərbaycan Partiyası 29 saylı Səbail seçki dairəsindən hazırki deputat, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin namizədliyini irəli sürüb. Bu dairəni 2 çağırışdır ki, parlamentdə bitərəf Fuad Muradov təmsil edir.F.Muradov 2005 və 2010-cu il seçkilərində seçkiyə bitərəf kimi qatılmasına baxmayaraq, şübhəsiz ki, məhz hakimiyyətin fəal dəstəyi ilə deputat olub.İndi bu dairədən Şəmsəddin Hacıyevin namizədliyinin irəli sürülməsi maraqlıdır. Düzdür, YAP bundan əvvəlki seçkilərdə də 29 saylı dairədən namizədlər irəli sürüb. Lakin bu gediş formal xarakter daşıyıb – hakimiyyət real “stavkanı” Fuad Muradova edib. İndi bu dairədən Şəmsəddin Hacıyevin namizədliyinin irəli sürülməsi maraqlı vəziyyət yaradıb. Deməli ya Fuad Muradov seçki dairəsini dəyişəcək, ya da bu iki deputatdan biri mandatını itirəcək.
Maraqlıdır, hakimiyyət bunlardan hansının üzərindən xətt çəkib?(azpolitika.info)


0 0



Şərhlər (Facebook)