Azərbaycan İnformasiya Agentliyi (AİA)


Həcər Abbaslının Sumqayıtdan deputatlığa namizədliyi qeydə alındı


Həcər Abbaslının Sumqayıtdan deputatlığa namizədliyi qeydə alındı
Ümid Partiyasının Gender Bərabərliyi şöbəsinin müdiri Həcər Abbaslı bu il keçiriləcək V çağırış Milli Məclisə seçkilərdə 41 saylı Sumqayıt birinci Seçki Dairəsindən namizədliyini irəli sürüb. Qeyd edək ki, sentyabrın 28-də onun namizədliyi dairə seçki komissiyası tərəfindən rəsmən qeydə alınıb.
Həcər Abbaslı ilk dəfədir ki, öz namizədliyini irəli sürür. Ümid Partiyasının ən gənc namizədi olan Həcər Abbaslı seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib:"Azərbaycanda keçirilən parlament seçkilərində namizədlər arasında xanımların sayı həmişə kişilərlə müqayisədə az olur. Qadınların parlamentdə təmsil olunması məsələsində vəziyyət lehimizə deyil. Elə parlamentimizə nəzər salsanız görərsiniz ki, gender kvotasına lazımi səviyyədə əməl olunmur. Ölkəmizdə gender bərabərliyi sahəsində xeyli boşluqlar var . Məqsədimiz həmin boşluqların aradan qaldırılması sahəsində fəaliyyət göstərməkdir. Mənim əsas hədəfim parlamentdə gəncləri təmsil etmək və onların problemlərinin həlli ilə bağlı təkliflərlə çıxış etmək və problemin həllinə töhfə verməkdir.Bilirsiz ki, Sumqayıt gənclər şəhəridir amma şəhərin 4 deputatından heç biri gənc deyil. "
Qeyd edək ki, Həcər Abbaslı 1989-cu ildə Kəlbəcər rayonunda anadan olub. Hazırda Sumqayıt şəhərində yaşayır və şəhərin aktiv gənclərindəndir. Bakı Dövlət Universitetini bitirib. Avropa Diplomatiya Akademiyasının məzunudur. Bir sıra beynəlxalq tədbirlərin və Cənubi Qafqazda gənc siyasətçilərinin III forumunun iştirakçısıdır. Hazırda Ümid partiyasının Gender Bərabərliyi şöbəsinin müdiri vəzifəsində çalışır. Həmçinin Partiyanın ən gənc xanım namizədidir.


0 0



Şərhlər (Facebook)