Azərbaycan İnformasiya Agentliyi (AİA)


Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi


Deputatlığa namizədliyi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən irəli sürülmüş Fəzail İbrahimlinin bu gün Cəlilabad rayonunun Komanlı və Ağdaş kəndlərində seçicilərlə növbəti izdihamlı görüşü baş tutub. Kənd ağsaqqallarının, gənc fəalların, ziyalıların, sadə vətəndaşların iştirakı ilə keçirilən görüşdə Fəzail İbrahimliyə böyük dəstək nümayiş olunub. Seçicilər qarşısında çıxış edən Fəzail İbrahimli bu vaxta qədər gördüyü işlər haqqında danışıb və bundan sonra da mövcud problemlərin tezliklə aradan qaldırılacağını vurğulayıb. Sakinlərin problemlərini bir-bir dinləyən Fəzail İbrahimli qeyd edib ki, Komanlı və Ağdaş kəndlərinin bundan sonra da səslərini ən dəyərli namizədə səs verəcəklər. Çıxış edən Komanlı və Ağdaş kəndlərinin sakinləri bildiriblər ki, seçkidə ən layiqli namizədə-Fəzail İbrahimliyə səs verəcəklər. Çünki ötən beş il ərzində Fəzail İbrahimli seçicilərinin problemlərinin həll olunması, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində çox böyük işlər görüb.
Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi
Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi
Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi


0 0



Şərhlər (Facebook)