Azərbaycan İnformasiya Agentliyi (AİA)


Həyat yoldaşlarına xəyanət edən məmurlar cəzalanacaq


Çin hökuməti məmurlara qolf oynamağı və həyat yoldaşlarına xəyanət etməyi qadağan edib
Çin hökuməti korrupsiya ilə mübarizə siyasəti ilə əlaqədar olaraq, məmurlara qarşı tələblər bir az da sərtləşdirilib.
ANS PRESS-in məlumatına görə, Çinli məmurlara qolf oynamaq, nəfslərinə tabe olmamaq və həyat yoldaşlarına xəyanət etmək qanunla qadağan edilib. Məmurların yenilənmiş kodeksi korrupsiya ilə mübarizəyə və dövlət qulluqçularının yüksək mənəviyyatına xidmət etməlidir. “Çin Kommunist Partiyasının (ÇKP) üzvləri ictimai və şəxsi maraqlarını üstünlüyü ictimai marağa verərək bölüşməli və fədakarcasına çalışmalıdırlar”, - yeni qaydalardan olan bu sitat ÇKP-nin 88 milyonluq üzvünün hər birinə aiddir. Partiya üzvü olan çinlilər yüksək mənəviyyat nümayiş etdirməli və dəbdəbədən uzaq qaçmalıdırlar. Belə ki, delikates yeməklər və qolf oyunu qadağan edilir. Bundan başqa, nikahdan kənar istənilən intim münasibət yolverilməz sayılır.
Sıravi çinlilər üçün qolf oyunu dəbdəbəli həyatın bir hissəsi sayılır. Vətəndaşlar elə düşünürlər ki, məmurlar bu oyunu iş görməli vaxtda oynayırlar. Ona görə də artıq 2004-cü ildən Çində yeni qolf meydançalarının tikintisinə qadağa qoyulub.

Çin Kommunist Partiyasının toplantısı

Çin höküməti qeyri adi qanunlarıyla digər ölkələrdən seçilir. Çində hər ailəyə yalnız bir uşaq dünyaya gətirmək icazə verilir. Ölkə qanunları digər uşaqlara görə ailəni külli miqdarda cərimələyir. Lakin ailənin birinci övladları əkizlərdirsə, cərimə tətbiq edilmir. Ona görə də ailədə əkiz uşaqların dünyaya gəlməsi əsl toy-bayrama çevrilir.


0 0



Şərhlər (Facebook)