Azərbaycan İnformasiya Agentliyi (AİA)


Davudoğlu Mosuldakı türk əsgərlərinin geri çəkilməsindən danışdı


Türkiyənin baş naziri Əhməd Davudoğlu Mosuldakı dəyişikliyə aydınlıq gətirib.Xəbər verilir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu "Mosuldakı türk düşərgəsindəki bir qrup əsgərin geri çəkilməsi zərurət çərçivəsində edildi" - deyə bildirib.
Baş nazir İraq hökuməti ilə hər cür əməkdaşlıq etməyə hazır olduqlarını da sözlərinə əlavə edib. Qeyd edək ki, bu gün Türkiyə Mosuldakı Beşika düşərgəsində olan canlı qüvvəsinin bir hissəsini şimala doğru göndərib.


0 0



Şərhlər (Facebook)