Azərbaycan İnformasiya Agentliyi (AİA)


Çilçıraq biznesinin başında duran icra başçısı


Çilçıraq biznesinin başında duran icra başçısı

Zakir Fərəcov Azərbaycana gətirilən ən bahalı lüsterlərin inhisarçısı imiş


Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı daha bir qalmaqallı məsələyə qarışıb. Azərbaycaninfo.az istinadən xəbər verir ki, indiyə qədər bir çox bizneslərdə, habelə MTN şefi Eldar Mahmudovla yaxşı münasibətdə olması səbəbindən adı gündəmə gələn icra başçısının bu dəfə ismi çilçıraq biznesində hallanmağa başlayıb.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov uzun illərdən bəri Azərbaycana gətirilən və dəyəri yüz minlərlə manatla ölçülən çilçıraqların inhisarçısıdır. Məlumatlarda vurğulanır ki, Sumqayıtın icra başçısı xeyli müddətdir bu işlə məşğuldur. Hətta onun satış üçün gətirdiyi lüsterlər arasında qiyməti 150-200 min manata olanları da var.
Maraqlı məqamlardan biri isə odur ki, icra başçısı dövlət qurumlarının binalarında quraşdırılan ən bahalı çilçıraqların da satıcısı kimi çıxış edib. Keçirilən tenderlərə təklif olunan həmin lüserlərin qiymətləri isə bir neçə dəfə şişirdilib.
Milli Məclisin binasının təmiri zamanı Zakir Fərəcov da yardımçı olub. Belə ki, o, binanın işıqlandırma sisteminə aid olan bütün vəsaitlərin hamısını verib. Üstəlik, bir neçə bahalı çilçıraq da bağışlayıb.



0 0



Şərhlər (Facebook)