Azərbaycan İnformasiya Agentliyi (AİA)


Cavid Qurbanov daha bir rayonu ələ keçirməyə hazırlaşır


Cavid Qurbanov daha bir rayonu ələ keçirməyə hazırlaşır

İdarə rəisi Qazax, Yardımlı və Kəlbəcərin ardından, Ağdama öz adamını icra başçısı təyin etdirəcək


Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanov MTN məsələsindən sonra bir xeyli güclənərək, özünə yeni mövqelər seçməyə başlayıb. Azərbaycaninfo.az istinadən xəbər verir ki, kifayət qədər zəngin olan sözügedən şəxs ötən ilin oktyabrına qədər Eldar Mahmudovun əlindən səsini çıxara bilməsə də, həmin müddətdən bəri artıq oliqarxlaşmağa start verib.
Qeyd edək ki, Cavid Qurbanov hakimiyyətin önəmli qanadlarından birində yer alır. Onun təsir imkanlarını genişləndirmək və himayəsinə digər oliqarxlar kimi rayonların verilməsinə isə start verilib. Dəmir Yolu İdarəsinin rəisi hələ xeyli əvvəldən doğulub, boya, başa çatdığı Kəlbəcəri nəzarətinə almışdı. Adil Məmmədovun icra başçısı olduğu rayonda isə bütün məmurlar Cavid Qurbanovun ən sədaqətliləri hesab olunurlar. Hətta Ağdamda durumu bir qədər qolay olan keçmiş təhsil şöbəsinin müdiri Elmira Şükürovanı belə oradan çıxartdırıb, Kəlbəcər təhsilinin başına keçirmişdi ki, sistem tam olsun.
Amma son dövrlər əl-qolu xeyli açılan idarə rəisi özünün komandasını formalaşdırmağa başlayıb. Onun da qısa müddətdən sonra rəqibi, nəqliyyat naziri Ziya Məmmədov kimi bir neçə rayonu olacaq. Cavid Qurbanovun Kəlbəcərdən sonra ilk ələ keçirdiyi rayon Qazax oldu. Belə ki, vaxtıyla MTN-dən onu qoruyan Rəcəb Babaşov bu rayona icra başçısı təyin edildi. Qazaxın icra başçısı Ayaz Əsgərovun Yardımlıya təyinat alması isə səbəbsiz deyildi və o da Cavid Qurbanovun xeyir-duası nəticəsində bu vəzifəyə razılaşmışdı.
Qeyd edək ki, bir çoxları nəqliyyat nazirinin müavini Arif Əsgərovla (Ayaz Əsgərovun qardaşı-red.) Cavid Qurbanovun düşmən olduqlarını vurğulayırdılar. Bunu belə əsaslandırırdılar ki, Qurbanov Əsgərovu devirərək, yerinə gəlib. Lakin gedişat göstərdi ki, bu tamamilə yanlışdır. Çünki idarə rəisi vəzifə başına keçən kimi Əsgərovları dəstəkləməyə başladı. Ayaz Əsgərovun Qazaxda möhkəmlənməsi üçün zəruri olan addımları atdı. Ardından onu ucqar da olsa, kifayət qədər ciddi bir rayonun rəhbəri təyin olunmasına yardım göstərdi. Qovlar Stansiyasının rəisi Əli Əsgərov isə işdən çıxarılmasına rəğmən, Cavid Qurbanov tərəfindən geri qaytarıldı. Bütün bunlar onu deməyə əsas verir ki, Qurbanovla Əsgərov düşmən deyil, müttəfiqdirlər. Xüsusən də Ziya Məmmədova qarşı.
Cavid Qurbanov himayəsinə aldığı rayonların sayını 4-ə çatdırmaq istəyir. Bunun üçün yaxın vaxtlarda addımın atılacağı da gözlənilir. Məlumatlara görə, Dövlət Dəmir Yolu İdarəsinin rəisinin hazırda əsas hədəfi Raqub Məmmədovun rəhbəri olduğu Ağdamı ələ keçirməkdir. Mənbələrin dediyinə görə, Qurbanov əvvəldən Raqub Məmmədovla yola getmədiyindən, habelə onun yerinə özünün ən yaxın adamını təyin etdirmək istəyində olduğu üçün belə bir hərəkətliliyə start verib.
Cavid Qurbanovun Ağdamın icra başçısı postunda görmək istədiyi şəxs Kəlbəcər Təhsil Şöbəsinin müdirəsi Elmira Şükürovadır. Mənbələr bildirir ki, Şükürova hələ xeyli əvvəldən bu rayonun icra başçısı olmaq istəyirdi. Hətta bir xeyli mübarizə də aparmalı oldu. Digər tərəfdən, Cavid Qurbanov da onu şöbə müdiri deyil, rayon rəhbəri kimi görmək istəyirdi. Məlumatlarda qeyd edilir ki, yaxın günlərdə xanım Şükürovanın Raqub Məmmədovu əvəzləyəcəyi gözlənilir.



0 0



Şərhlər (Facebook)