Главная > Siyasət > Türkiyə Azərbaycanda 15-ci şəhidliyi açmaq istəyir

Türkiyə Azərbaycanda 15-ci şəhidliyi açmaq istəyir


9 09 2018. Разместил: vetenazerbaycan
Türkiyə səfirliyi Azərbaycanda olan türk əsgərlərinin şəhidliklərini yeniləməyə başlayıb. "Report" xəbər verir ki, bunu Azərbaycanda Türkiyədən olan iş adamlarının təşkilatı - Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkil etdiyi iftar süfrəsində Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib.

E.Özoralın sözlərinə görə, Türkiyə Azərbaycanda 15-ci şəhidliyi açmaq istəyir: "Şəhidliklərin bərpasına başladığımız zaman MÜSİAD Şamaxıda olan şəhidliyin təmirini öz üzərinə götürmək istədi. Biz də məmnuniyyətlə buna razılıq verdik. Tezliklə bütün işlər yekunlaşacaq. Azərbaycanda 14 türk əsgəri şəhidliyi var. Hazırda 15-ci şəhidliyin açılması üçün danışıqlar gedir".

Qeyd edək ki, 15-ci şəhidliyin Xaçmaz rayonu ərazisində olacağı deyilir.
Вернуться назад