Azərbaycan İnformasiya Agentliyi (AİA)


Erməni mətbuatı Ermənistanın regionda ən bədbəxt ölkəyə çevrildiyini yazdı


Erməni mətbuatı Ermənistanın regionda ən bədbəxt ölkəyə çevrildiyini yazdı

Prezident Serj Sarkisyan iqtidarının yarıtmaz siyasətini Ermənistan mətbuatı da ciddi tənqid atəşinə tutur. Ermənistanın "Joxovurd" qəzeti yazır ki, Serj Sarkisyan hakimiyyəti ölkədəki yoxsulluğun həddini bildirən göstəriciləri gizlətməyə çalışır: "Kütləvi informasiya vasitələrində milli statistika xidmətinin "2013-cü ilin yanvar-sentyabr aylarında ərzaq təhlükəsizliyi və yoxsulluq" adlı məlumatı dərc edilib. Təəssüf ki, bu sənəddə ölkənin yoxsulluğu barədə bir kəlmə belə yazılmayıb. Yalnız ərzağın çatdırılması və istifadəsi barədə məlumatlar yer alıb. Şübhəsiz, bu təsadüf ola bilməz".
Qəzetin yazdığına görə, Ermənistanda yoxsulluğun həddi artıq 35 faizi ötməkdədir: "Əgər yoxsulluğun səviyyəsi Gürcüstanda 27, Azərbaycanda isə cəmi 15 faizdirsə, Ermənistanda bu göstərici 35 faizi keçir. Ermənistan regionun ən bədbəxt ölkəsidir."
Xatırladaq ki, Ümumdünya Bankı Ermənistan əhalisinin təxminən 32,5 faizinin yoxsulluq səviyyəsində yaşadığını rəsmən bəyan etmişdi.

NAMİQ


0 0



Şərhlər (Facebook)