Azərbaycan İnformasiya Agentliyi (AİA)


Məcburi köçkünlər Etibar Hüseynova görə etiraz aksiyası keçirəcəklər


 Məcburi köçkünlər Etibar Hüseynova görə etiraz aksiyası keçirəcəklər
Deputat Etibar Hüseynovun məcburu köçkünləri təhqir etməsi ilə bağlı qalmaqal səngimir. Artıq məcburi köçkünlər deputatın üzr istəməyəcəyi təqdirdə aprelin 5-də Milli Məclisin binası qarşısında aksiya keçirəcəklər.Bu haqda Avropa.info-ya Qubadlı rayonundan olan məcburi köçkün Ağaşirin Baxşəliyev məlumat verib. Onun dediyinə görə, məcburi köçkünlər Etibar Hüseynovun üzr istəməsini tələb edirlər. "Etibar Hüseynov ya parlamentin sonuncu iclasında, ya da telekanalların birində xalqdan üzr istəməlidir. Bu baş verməyəcəyi təqdirdə aprelin 5-də Milli Məclisin binası önündə etiraz aksiyası keçirəcəyik".


0 0



Şərhlər (Facebook)