Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Atam yaxşı ki, tutuldu, yoxsa ölə bilərdi” – Elton Hüseynəliyev – VİDEO


“Anam pis oldu ki, toylara gedib pul qazanıram”
Eltonun 14 yaşındakı görüntüləri ortaya çıxdı.
ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Elton Hüseynəliyevdən maraqlı açıqlamalar verib.
“Atam 1994-cü ildə həbs olundu. Atam əslində 2 dəfə tutulub. İlk dəfəni xatırlamıram nə üstündə olub. İkinci dəfə isə şər atdılar onun üstünə. Qarabağ müharibəsi gedən zaman atam 3 dəfə könüllü olaraq getdi. Amma qoymadılar. Hər dəfə qaytardılar geri. Çox adam gedirdi deyə. Sonra atam tutuldu. Atam deyir ki, yaxşı ki tutulmuşam. Bəlkə də indi nə bilim Valla. 10 il zindanda oldu. Sonra ibadət əhli oldu. Uşaq vaxtlarımdan toylara getmişəm. İlk dəfə 9 yaşımda toya getmişəm. 25 manat qazanmışam. Uşaqlıq yaşamamışam. Elə vaxt olub anama demişəm ki, oynamaq istəyirəm. O da bildirib ki, bəs o zaman bizə kim baxacaq? Uşaqlığım çətin keçib. Həyatımda çox böyük möcüzələr olub”.
Daha sonra müğənni səsini necə qorumasından da söz açıb: “Bizim qonşumuz var idi Rəna adında. Bir gün məni saxlayıb dedi ki, daha sən oxuma. Olmaz sənə oxumaq. Niyəsini soruşanda dedi ki, 1 il 6 ay gözlə. Səsin dəyişir. Oxusan, səsini itirəcəksən. Anam qapıya çıxanda söhbətimizin şahidi oldu. Pis oldu ki, toylara gedirəm və pul qazanıram. Amma başqa çarənin olmadığını gördük. Razılaşdıq. İncəsənət universitetinə qəbul oldum. Anam mənə işləyib yolpulu verirdi. Çox sıxılırdım. Sonra səsim düzəldi. Türkiyədəki səs yarışmasına getməyi düşündüyüm ərəfədə bizim “AzəriStar” yarışmasının elanlarını gördüm və qatıldım”.


0 0



Şərhlər (Facebook)