Azərbaycan İnformasiya Agentliyi (AİA)


Yaşamağa pul, ölməyə torpaq tapılmır


Təbiətin bir qanunu var. Bir gün gələn, bir gün də getməlidir. Amma hər kəs həyatla vidalaşanda gəldiyi dünyadan yalnız 5 metr kəfən və bir qarış torpaq aparır. Ancaq o bir qarış torpaq ölü sahibinə heç də ucuz başa gəlmir. İslam şəriətində qəbir yerlərinin satılması haram buyurulsa da, işbazlar buna məhəl qoymur.
Ölmək yaşamaqdan daha bahalıdır. Əslində reallıq bundan da pisdir. Çünki ölkəmizdə insanların vəfatının onların ailələrinə xeyli əziyyət, ciddi məsrəflər gətirdiyi məlumdur. Bakı qəbiristanlıqlarında gündən-günə qiyməti yüksələn qəbir yerləri, məzar yeri çatışmazlığı ən çox müzakirə olunan mövzulardandır. Öncə qiymətləri yada salaq.

Bakının bahalı və ucuz qəbir yerləri

Ev qiymətləri kimi, qəbir yeri qiymətləri də heç şübhəsiz ki, qəbiristanlığın yerləşdiyi məkandan asılıdır. Ərazinin şəhərə yaxınlığı qiymətlərdə xüsusi yer oynayır.
Qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yeri 140, ən baha 7000 manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200 manatdan 8000 manata qədər qəbir torpağı satılır. Bir qədər paytaxtdan kənarda yerləşən Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarındadır.
Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.

Bu qiymətlər təbii ki, stabil deyil. İldən-ilə, şərtlərə və şəraitə uyğun dəyişir.


0 0



Şərhlər (Facebook)