Azərbaycan İnformasiya Agentliyi (AİA)


Zakir Həsənov cəbhə bölgəsində – FOTO



Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Azerbaycaninfo.az Oxu.Az-aistinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.

Ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub.

Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olublar.

Şəxsi heyətlə keçirilən görüşdən sonra birgə nahar təşkil olunub.
Zakir Həsənov cəbhə bölgəsində – FOTO
Zakir Həsənov cəbhə bölgəsində – FOTO
Zakir Həsənov cəbhə bölgəsində – FOTO
Zakir Həsənov cəbhə bölgəsində – FOTO
Zakir Həsənov cəbhə bölgəsində – FOTO
Zakir Həsənov cəbhə bölgəsində – FOTO


0 0



Şərhlər (Facebook)