Azərbaycan İnformasiya Agentliyi (AİA)


24 şəhər və rayonunu əhatə edəcək “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıği ilə Respublikanın 24 şəhər və rayonunu əhatə edəcək “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib.
Bakıda başlayan layihə, avqustun 25-də Qəbələdə başa çatacaq.
Könüllülük fəlsəfəsi və dəyərlərinin təbliğini ilk olaraq ölkənin paytaxt şəhəri Bakıdan başlamış və artıq ilk təlim və aksiya keçirilmişdir. 10.08.2017 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində əvvəlcə açılış mərasimi baş tutmuş, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin İnsan Resursları və Təlim Şöbəsininn müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək ilkin məlumatlar vermiş, “ASAN Könüllüləri” Təşkilatının fəaliyyətlərinin əhəmiyyətini gənclərə çatdırmışlar. “ASAN Könüllüləri” Təşkilatı Könüllülərlə İş Departamentinin rəhbəri Həsənxan Həsənxanlı 150-ə yaxın gəncə Könüllülük dəyərləri, könüllülüyün və könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər haqda təlimlərlə çıxış edərək, gəclərin maariflənməsində onların rolunu izah etmişdir. Daha sonra iştirakçıların sualları dinlənilmiş, müvafiq olaraq cavablandırılmışdır. Sonrakı gün Avqustun 11 –də Dövlət Yol Polis və “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə Bakı şəhərində “TƏHLÜKƏSİZ YOL, ASAN YOL”, “DİQQƏTLİ OL! AİLƏNİZ SİZİ GÖZLƏYİR!” devizi altında sosial-maarifləndirici aksiya keçirilib. Aksiyanın məqsədi cəmiyyətin diqqətini yollarda həyat və sağlamlığın qorunmasına yönəltmək, yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olub. Aksiya çərçivəsində könüllülər hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər, yol hərəkəti qaydalarını pozan sürücü və piyadalarla yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər. Paytaxtın bir neçə küçə və prospektində keçirilən aksiyada hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, yol hərəkətinin təhlükəsizliyində, insanların həyat və sağlamlığının qorunmasında hər bir insan üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, səhlənkarlıq etməməlidir. Aksiyada yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürücülərə tövsiyələr verilib. Aksiya iştirakçıları “Təhlükəsizilik kəmərindən istifadə et!”, “Dayanma-durma qaydalarına əməl et!”, “Piyada, keçiddən istifadə et!” çağırışı ilə piyada və sürücüləri yollarda intizamlı olmağa çağırıblar. Maarifləndirici xarakter daşıyan aksiyada dayanma və durma qaydalarının tələbini pozan sürücülərə qarşı hər hansı cərimə protokolu tərtib edilməyib.

Layihə çərçivəsində könüllülər tərəfindən “Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”,“Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyalar keçiriləcək.
Tədbirlərdə 1000 nəfərdən artıq gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 min nəfərdən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, “Könüllülər Yurdu Azərbaycan” ilk dəfə 2015-cı ildə keçirilmişdir. Artıq həmin zamandan minlərlə gənc könüllülük prinsipləri “Könüllülər Yurdu Azərbaycan”la mənimsəmiş, könüllülük sralarında qoşulmaqla faydalanmağa çalışmışlar. Növbəti illərdə də layihə davam edəcək və daha geniş auditoriyaya çatdırılacaq.


0 0



Şərhlər (Facebook)