Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatmışdır


Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatmışdır
Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatmışdır
Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, istiqamətində Səbail Rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi ilə ənənəvi təşkil olunan «Şahinlər» hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır.
Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və Qababağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 150-dən çox yeniyetmə üçün Quba şəhərində DİN Daxili Qoşunların «N» saylı hərbi hissəsində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu, ödənişçiz «Şahinlər» yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar düşərgədə təntənli bağlanış mərasimi keçirilmişdir.
Düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq və istirahətlərinin daha yaddaqalan edilməsi məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti və Daxili Qoşunlar tərəfindən hər cür şərait yaradılmışdı. Hərbi hissədə əsgər kazarmalırından biri məhz onlar üçün ayrılmış, burada Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, ənənvi təşkil olunan «Şahinlər» düşərgənin tarixinə həsr olunmuş stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunmuş, yeniyetmələr hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir.
İstirahətin sonuncu günündə ənənəyə uyğun olaraq düşərgədə istirahət edən uşaqlar, müəllimlər, Daxili Qoşunların hərbiçiləri, Bakıdan gəlmiş qonaqlar vida tonqalı ətrafına toplaşmış, burada yeniyetmələr öz məharətlərini ifa etdikləri mahnılar, rəqslərlə nümayiş etdirmişlər. Həmçinin respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunmuşdur.
Düşərgənin bağlanışı ilə əlaqadar təşkil olunmuş tədbir hərbi orkestrinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət himninin qonaqlar, şagirdlər və hərbiçilərin birgə ifası ilə başlanmışdır.
Qonaqlar uşaqların düşərgədəki istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olduqdan qonaqlara «Şahinlər» düşərgəsinin fəaliyyəti, görülmüş işlər və keçirilən tədbirlər barədə məlumat verilmişdir.
Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, DİN Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik Mətləb Qənbərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova və digər qonaqlar, yeniyetmələr və hərbiçilər qarşısında çıxış edərək Səbail RİH-nin Daxili Qoşunlarla birgə təşkil edilən bu layihənin əhəmiyyətini vurğulamış, ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhundə tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirdilər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmiş, qonaqlar və yeniyetmələr Daxili Qoşunların silah və texnikası ilə tanış olmuş, Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanmışdır.
Sonra düşərgədə keçirilən idman və digər yarışlarda qalib gəlmiş şagirdlərə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilmiş, böyük konsert proqrammı təşkil olunmuşdur.
Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.


0 0



Şərhlər (Facebook)