Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şəkidə əhali ayağa qalxıb: kütləvi etirazlar var


Şəkidə əhali ayağa qalxıb: kütləvi etirazlar var
Şəkidə əhali ayağa qalxıb: kütləvi etirazlar var
Şəkidə əhali ayağa qalxıb: kütləvi etirazlar var


Şəkidə əhali ayağa qalxdı
Azerbaycaninfo.az-n məlumatına görə, Beynəlxalq layihə çərçivəsində Azərbaycanın bir neçə regionunda, o cümlədən Şəkidə su-konalizasiya sisteminin yeniləşdirilməsi işləri Almaniya hökumətinin maliyyə dəstəyi ilə “Azərsu”ASC-yə həvalə edilmişdir. “Azərsu” ASC isə bu işləri “Əfqan” tikinti şirkətinə yalançı tenderlə verir. Elə Şəki sakinlərinin qara günləri bundan sonra başlayır. Belə ki, 4 ay bundan əvvəl işə başlayan ”Əfqan” tikinti şirkəti Şəkinin küçə və prospektlərini qazmağa başlayır. Bununla da sözügedən şirkət Şəkini böyük bir qazıntı meydançasına çevirir. Heç bir təhlükəsizlik qaydalarına əməl etmədən küçələr qazılır. Şəhərin bütün kommunikasiya, su xəttləri sıradan çıxır. Elə bu da Şəki camaatının haqlı narazılığına səbəb olur.
“MONİTOR” xəbər verir ki, Şəki şəhərində “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb. Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir.

Yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək niyətindədir. Sakinlər isə həmin ərazinin hansısa bir oliqarxa satıldığını iddia edir. “Quru çay” deyilən həmin yer mənzərəli və səfalı məkan kimi tanınır.

Əraziyə Şəki rayon İcra Hakimiyyəti başçısının gəlməsi tələb edilir.

Əldə etdiyimiz son məlumata görə, hadisə yerinə gələn icra başçısını xalq ərazidən qovaraq uzaqlaşdırıb


0 0



Şərhlər (Facebook)