Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda “ayıq sürücü” yol polisinə xəbər edərək sürücünü belə tutdurdu - VİDEO


Bakıda bəzi "Ayıq sürücü” xidməti göstərən şirkətləri yol polisi əməkdaşları ilə birgə işləməkdə ittiham edirlər.

Oxu.az xəbər verir ki, bu barədə xidmətdən istifadə edən sürücülərdən məlumat daxil olub.

Onlar iddia edirlər ki, vətəndaşlar sərxoş olan zamanı "Ayıq sürücü” xidmətindən istifadə edirlər.

Xidmət göstərən sürücünü isə yol polisi izləyir. "Ayıq sürücü” avtomobili sahibi ilə birgə yaşadığı əraziyə aparır. Daha sonra qeyd edir ki, avtomobili yalnız məhəlləyə qədər aparmaq mənim borcumdur, parkinqi özünüz edin, yaxud "tələsirəm” deyərək ərazidən uzaqlaşır.

Bu mənzərəni DYP əməkdaşı izləyir. Ayıq sürücü ərazidən uzaqlaşandan sonra sürücü avtomobilə əyləşir, bu zaman yol polisi ona yaxınlaşır. Sərxoş olub-olmamasını müəyyənləşdirir. Nəticədə sürücü sərt cəzalandırılır.

Oxşar hadisəni qeydə alaraq redaksiyamıza yollayıblar.

Kadrlara baxanda məlum olur ki, yol-patrul xidmətinin əməkdaşları məhəllədə avtomobili izləyirlər, hətta onlar gözə çarpmamaq üçün avtomobilin işıqlarını yandırmırlar. Ayıq sürücü maşını tərk edəndən sonra polis avtomobili hadisə yerinə gəlir.



0 0



Şərhlər (Facebook)