Azərbaycan İnformasiya Agentliyi (AİA)


Uzun yaşamağın sirri açıldı- BUNLARI YEYİN


Türkiyəli professor Canan Karatay çay və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu bildirib.

Azerbaycaninfo.az xəbər verir ki, daxili xəstəliklər üzrə həkim, kardioloq Rəcəb Tayyib Ərdoğan Universiteti tələbələrinin iştirak etdiyi “Özünə yaxşı bax” verilişinin qonağı olub.

Canan Karatay yaz və yay aylarında sağlam qidalanma ilə bağlı tövsiyələri verib:

“Qara Dəniz insanı bol-bol avropa ançousu (hamsi balığı) yeyir, amma qızardır. Qızartmayın dedikdə hirslənirlər, qeyd etməliyəm ki, bu balığı qızardanda sağlamlıq üçün təhlükəli olur. Qızartma kanserogen və təhlükədir. Hamsinin hər növünü yeyə bilərsiniz. Kərə yağını səhər-axşam yemək olar. Səhər-axşam əridib için. Fındıq, çay çox faydalı qidalardır. Yaz və yay aylarında fındıq yeyib, şəkərsiz tez-tez çay için. Fındıqla fıstıq təbiətin həm mineralı, həm vitamini, həm karbohidratı, həm omeqa3 anbarıdır, həm də qan yaradır və orqanizmi isidir.

Şəkərsiz çay isə bədəni gümrah saxlayır. Çünki tərkibi ən güclü antioksidantla zəngindir. Odur ki, çay içmək orqanizm üçün faydalıdır”.

Quyruq yağını əridib içənlər 95 yaşına qədər yaşayır!

Bütün Anadoluda səhər və günortalar qovurma yemək mədəniyyətinin olduğunu xatırladan Karatay sözlərinə belə davam edib:

“Qovurmanı quyruq yağı ilə birlikdə yeməlisiniz. Bu zaman bədən də gümrah olur, rahatlıqla dağa çıxıb qalxa bilərsiniz. Yumurta sarısı ilə bərabər və bol kərə yağında bişirilməlidir. Anadoluda quyruq yağını əridib içmək ədətdir və buna görə də orada insanlar 90-95 yaşına qədər yaşayır. Deyirlər ki, yağ ürək xəstəliyinə səbəb olur. Bəs hansı yağlardan söhbət gedir? Trans və ya marqarin dediyimiz yağlar əlbəttə ki, təhlükəlidir. Axı illərdir əsrlərdir ki, yediyimiz kənd kərə yağları nə üçün təhlükəli olsun?”.

C.Karatay Qaradəniz havasının təmiz olduğuna da diqqət çəkib:

“Qara dənizin təbiəti çox gözəldir. Əkinçiliklə məşğul olan insanlar üçün qırmızı kələm, brokkoli və hamsi balığı çox mühüm qidalardır. Bu qidalar onlara enerji verir ki, ağır yükü dağlara qalxanda daşıya bilsinlər. Qırmızı kələm orqanizmin qocalma prosesini ləngidir və yaşlanmanı gecikdirir”.


0 0



Şərhlər (Facebook)