Azərbaycan İnformasiya Agentliyi (AİA)


Samur gömrüyündə "hizmət"çi kimdir?


Samur gömrüyündə "hizmət"çi kimdir?
http://azerbaycaninfo.com xəbər verir.Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında fevral ayında Fərman imzaladı.Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək, gömrük işi sahəsində proseduraları sadələşdirmək və şəffaflığı artırmaq məqsədi ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.Təbii ki, ölkə başçısının imzaladığı hər bir fərman və sərəncam vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, dövlət və dövlətçiliyin inkişafına xidmət edir. Lakin təəssüflər olsun ki, ölkə başçısı dövlət qulluqçularının əmək haqlarının artırılması istiqamətində müvafiq addımlar atsa da, korrupsiya və rüşvətxorluğun, yersiz süründürməçiliyin qarşısını almaq istiqamətində iradə nümayiş etdirsə də, bir sıra qurumlar heç nəyə əhəmiyyət verməyərək öz "siyasət"lərindən geri çəkilmək istəmirlər. Belə qurumlar içərisində Gömrük Komitəsi öndə gedir. Çünki bu qurum sanki korrupsiya bataqlığındadır.Gömrük postlarının qarşısına hər gün onlarla adamın toplaşması səbəbsiz deyil. Çünki belə şəxslər avtomobillərinin qeydiyyata alınması üçün rüsumdan əlavə fantastik məbləğdə pul tələb olunmasına etiraz edirlər. Vətəndaşlar fəryad edərək, avtomobillərin "rastomoşka"sı üçün istənilən qeyri-rəsmi məbləğin qiymətinin həddindən artıq qaldırıldığını bildirirlər.http://azerbaycaninfo.com-a məlumat verən mənbəmizin məlumatına görə, Dövlət Gömrük Komitəsinin samur keçid məntəqəsinin müdiri Hüseyn Məhsimovun da adı nurççu və rüşvət qalmaqalında hallanır. Onların himayəsi altında isə nurçuların ticarət və xidmət sahələri günü-gündən genişlənir. Nurçuların ticarət və xidmət sahələrini himayə edən məmurlar ilə bağlı məlumatı dəqiqləşdirməyə çalışırıq və tam hazır olduqdan sonra oxucularımıza təqdim edəcəyik.. Bu isə onu deməyə imkan verir ki, istər Türkiyədə, istərsə də Azərbaycanda “nurçu”lara qarşı mübarizə yeni mərhələyə keçəcək. Çünki bir neçə nəfərin vəzifəsindən çıxarılması bu şəbəkələşmiş sistem üçün böyük zərbə ola bilməz. Mənbənin məlumatına görə Hüseyn Məhsimovun çoxsaylı biznes sahələrinə nəzatət etməsi və bu şəbəkənin iş adamları ilə biznes ortaqlığı “Hizmət”in layihələrinin Azərbaycanda daha da keçərli olmasını asanlaşdırır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.http://azerbaycaninfo.com


0 0



Şərhlər (Facebook)