Azərbaycan İnformasiya Agentliyi (AİA)


İsgəndər Həmidov Leyla Yunusu müdafiə etdi


 İsgəndər Həmidov Leyla Yunusu müdafiə etdi
Keçmiş daxili işlər naziri, "Bozqurd" partiyasının lideri İsgəndər Həmidov ötən gün aeroportda saxlanılan və evində axtarış aparılan hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsinə qalxıb. Bu barədə Etatist.com-a danışan İsgəndər Həmidov Leyla Yunusun və ailəsinin təqib olunmasını pisləyib: "Leyla Yunus Azərbaycanın istiqlaliyyətində, müstəqil olmasında müstəsna rol oynayıb. O, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və idarə heyətinin üzvü olub və vicdanlı insan hüquqları müdafiəçisidir".Azərbaycan Millətçi Demokrat Partiyasının Leyla Yunusa qarşı olan təzyiqləri pislədiyini deyən İ.Həmidov "Biz Leyla Yunusdan əl çəkilməsini tələb edirik və ona və ailəsinə qarşı olan təqibləri qəti surətdə pisləyirik".Xatırladaq ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprel ayının 28-də gecə saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Daha sonra 6 saat dindirilən Leyla Yunusun evində və ofisində axtarış aparılıb və bir neçə sənəd, kompüter yoxlanmaq üçün götürülüb.


0 0



Şərhlər (Facebook)