Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xətaidə «Esmiralda» masaj salonunda əxlaqsızlıq


Xətaidə «Esmiralda» masaj salonunda əxlaqsızlıq
Azerbaycaninfo.com istinadən xəbər verir. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Xətai RPİ-nin rəhbərliyi əxlaqsızlıq yuvasının fəaliyyətinə dərhal xitam verməlidir. Hüquqşünas: ««Esmiralda» masaj salonunun yerlə-yeksan edilməsini istəyirəm».Daxiliİşlər Nazirliyinin (DİN) İnsan Alverinə QarşıMübarizə İdarəsinin və aidiyyəti polis idarələrinin əməkdaşları tərəfindən əxlaqsızlıq yuvalarına qarşı mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, qadın ticarəti ilə məşğul olan dəstələr öz çirkin niyyətlərindən əl çəkmirlər. Son vaxtlar müxtəlif adlar altında fəaliyyət göstərən masaj salonlarının sayının artması yüngül həyat tərzi keçirən qadınların işinə yarayıb və onlar bu salonlara üz tutaraq müştərilərə seksual xidmət göstərirlər.Paytaxtda təkcə Çin, tay masaj salonları deyil, həm də azərbaycanlıların işlətdiyi masj salonları var ki, burda milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində iş aparılır. Amma müalicəvi bir prosedur olan masaj tibbi personal tərəfindən deyil, adi insanlar tərəfindən aparılır. Halbuki, masaj - xəstə və yorğun bir orqanın yenidən əvvəlki durumuna qaytarılması üçün orqanizm üzərində tətbiq edilən müalicə nümunəsidir. Günbəgün çoxalan və lisenziyasız fəaliyyət göstərən masaj salonlarına heç bir nəzarət yoxdur. Ekspertlər həyəcan təbili çalaraq paytaxtda yerləşən bir sıra masaj salonlarında yetkinlik yaşına çatmayan qızların seksual xidmətlər göstərdiyini söyləyirlər. Bu cür salonlara nəzarətin vacibliyini vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, xarici ölkələrdə masaj salonlarına ciddi dövlət nəzarəti var: «Azərbaycanda da həm qeyri-millətdən olanların, həm də azərbaycanlıların açdığı masaj salonlarında mütəmadi yoxlamalar aparılmalıdır. Təəssüf ki, belə yoxlamalar aparılmır. Paytaxtın ən mərkəz yerlərində açıq-aşkar fəaliyyət göstərən masaj salonlarının heç birinə nəzarət edilmir”. Səhiyyə və Sağlam Həyat İctimai Birliyinin rəhbəri Lətafət Əlizadə isə bildirib ki, masaj salonları Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülməlidir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə isə masaj salonlarına Səhiyyə Nazirliyi nəzarət etmir: "Nazirlik heç bir masaj salonunu lisenziyalaşdırmır. Əgər həmin salonlarda tibbi xidmət göstərilmirsə, ona lisenziya verilmir. Əgər onlar sırf masajla məşğul olursa, bu başqa məsələ». İş orasındadır ki, bu gün masaj salonu adı atında fəaliyyət göstərən obyektlərin demək olar ki, heç birində sırf tibbi xidmətlər göstərilmir.Müəyyən qrupların nəzarəti altında fəaliyyət göstərən masaj salonlarının əksəriyyəti əxlaqsızlıq yuvalarına çevrilib. Xatırladaq ki, mətbuatda Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yaşayış binasının zirzəmisində yerləşən «Esmiralda» masaj salonu ilə bağlı məlumat vermişdi. Bildirmişdi ki, adıçəkilən masaj salonunda yetkinlik yaşına çatmayan qızlar müştərilərə intim xidmətlər təklif edirlər. Qaçaq Nəbi küçəsinin sakinləri masaj salonunun fəaliyyətindən narazıdır.
Mənbə bildirir ki, Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxslərindən birindən soruşdum ki, nə vaxt bu «Esmiralda» masaj salonunun axırına çıxassınız.Qayıtdı ki, onların lisenziyası var. Polis əməkdaşı belə deyəndən sonra nə etmək olar? Bu masaj salonunda qadın ticarəti tüğyan edir. Camaatın gözü qabağında min cür iyrənclikdən çıxırlar. Xətai Rayon Polis İdarəsindən xahiş edirik ki, fahişəliyin baş alıb getdiyi «Esmiralda» masaj salonunu bağlayıb qadın ticarətinə qarşı aparılan mübarizəyə öz töhfəsini versin. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarını bura dəvət edirik. Qoy gəlib masaj salonunda cərəyan edən əxlaqsızlıqları yerindəcə görsünlər. Adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq. Bizi izləməyi unutmayın.


0 0



Şərhlər (Facebook)