Azərbaycan İnformasiya Agentliyi (AİA)


Dövlət Neft Fondu 2014-cü ilin ilk altı ayı ərzində gəlir və xərclərinə dair məlumat verdi


Dövlət Neft Fondu 2014-cü ilin ilk altı ayı ərzində gəlir və xərclərinə dair məlumat verdi
ARDNF-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmalə Əliyevanın Azerbaycaninfo.com-a verdiyi məlumata görə, 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 493,6 milyon manat, büdcə xərcləri isə 5 163,1 milyon manat təşkil etmişdir.2014-cü ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 374,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 355,4 milyon manat, tranzit gəlirləri 4,4 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat təşkil etmişdir.2014-cü ilin yanvar-iyun tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 118,8 milyon manat təşkil etmişdir.Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 4 883,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11,0 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 5,2 milyon manat vəsait yönəldilmişdir. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə Neft Fondundan 40,0 milyon manat vəsait ayrılmışdır. 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 26,2 milyon manat təşkil etmişdir.2014-cü ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 6,5 milyon manat təşkil etmişdir, o cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 78,1 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 71,6 milyon manat təşkil etmişdir.2014-cü il iyulun 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 4,86% artaraq 37 622,4 milyon ABŞ dollarına bərabər olmuşdur.2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 iyul 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir.


0 0



Şərhlər (Facebook)