Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şirkət rəhbəri fəhlələrin qəpik-quruşuna göz dikib


Şirkət rəhbəri fəhlələrin qəpik-quruşuna göz dikib
Fəhlə: “Əlizamin Bayramov deyir ki, “von otsyuda” gedin kimə istəyirsiz şikayət edin”. “Azəri Sənaye İnşaat” MMC-nin sahibi Əlzamin Bayramov usta və fəhlələri işlədib, buna görə dövlətdən pul da alıb, ancaq işlətdiyi insanların əmək haqqını ödəmir. Əvəz Nəcəfov, Eldar Abbasov, İsa Alıyev və Elşad Vəliyev bildiriblər ki, Ə.Bayramovu şirkətinin tikintisini, üzlənməsini üzərinə götürdüyü bir çox ünvanlarda işləyiblər: “Səngəçal qəsəbəsindəki “Müasir Tikinti Materialları” zavodunda, Göygöl Olimpiya İdman Kompleksində, Naxçıvani küçəsində və Biləcəri qəsəbəsində, Ziya Bünyadov prospekti 48/54 ünvanında işləmişik. Bizi şirkətə işə çağıran Əlzaminin orada direktor vəzifəsində çalışan oğlu Rüfət olub. Heç bir əmək müqaviləsi bağlamadan qara qul kimi işlədiblər. Aylardır ki, pulumuzu da vermirlər”. Şikayətçilər deyirlər ki, Əmək Müfəttişliyinin müfəttişi Tahir Sədrəddinov şikayətlərinə baxmaqdan yayınır: “Hər dəfə bu gün gecdir, sabah gəlin. Gedin, biri gün gəlin deməklə şikayətimizə baxmır. Bütün dövlət qurumlarına müraciət edərək səlahiyyəti olan hər kəsdən kömək istəyirik. Əlizamin bu aylar ərzində oğlu Rüfətə 200 min manata maşın alıb, Bilgəhdə özünə milyonlarla dəyərində olan villa tikdirib. Ancaq fəhlələlərin, ustların pulunu vermir. Əgər bunu halal pulla əldə edibsə, Allah daha da var etsin, bizə veriləcək maaş hesabınadırsa haqqımızı halal etmirik”.Şikayətçilər bildirirlər ki, Ə.Bayramov yüzlərlə fəhlə və ustanın pulunu ödəməkdən boyun qaçırır: “Qapısına gedirik, deyir ki, “von otsyuda” (rədd olun-red) gedin kimə istəyirsiz şikayət edin. Baş Prokurorluğa, Əmək Müfəttişliyinə də şikayət etmişik. Hələlik nəticə yoxdur. Əlizamin bizə xəbər göndərir ki, sizləri adam yerinə saymıram, pulunuzu da verən deyiləm. Şikayətləriniz də əbəsdir, hər yerdə adamım var. Sizə verəcəyim pulun bir hissəsini Əmək Müfəttişliyinə verib sizi küçələrdə qoyacağam”.Xeberinfo.com. Məsələylə bağlı Əlzamin Bayramovun mövqeyini öyrənməyə çalısaqda cəhdlərimzi alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.


0 0



Şərhlər (Facebook)