Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gözəl olmaq üçün əziyyətə düşməyin


Gözəl olmaq üçün əziyyətə düşməyin
Qadınlar üzlərinin gözəl olması üçün saatlarla, bəzən də günlərlə gözəllik salonlarında qalır, plastik cərrahların müştərilərinə çevrilirlər. Ancaq daha gözəl sima sahibi olmağın bundan da asan üsulu var. Sadəcə, gündəlik rasiona bəzi meyvə və tərəvəzləri əlavə etmək lazımdır. Rusiya mətbuatına istinadən məlumata görə, Sent Endryus və Lids universitetlərinin alimlərinin birgə tədqiqatları ortaya çıxarıb ki, tərkibində karotionid maddəsi olan kök, ərik, portağal, manqo, və ispanaq kimi qidalar insanın simasına təbii parlaqlıq verir. Bu cür qidaların effekti gözəllik salonlarındakı xüsusi prosedurlardan daha effektiv olur.


0 0



Şərhlər (Facebook)