Azərbaycan İnformasiya Agentliyi (AİA)


Məşhur futbolçu: "Anam ölümümü istəyir, cadu edir" - FOTO


Məşhur futbolçu: "Anam ölümümü istəyir, cadu edir" - FOTO

2011/2012-ci illər mövsümündə 18, 2012/2013-cü illərdə - 14, 2013/2014-cü illər mövsümündə 9, bu mövsüm başlayandan bəri isə vur-tut 2 qol.
İngiltərə Premyer Liqasındakı "Tottenhem" klubunun forvardı, qaradərili ulduz Emmanuel Adebayor son vaxtlar çox pis oynamağa başlayıb. Onun meydandakı aktivliyi aşağı düşüb, məhsuldarlığı azalıb.

Həftədə 170 min funt-sterlinq maaş alan futbolçunun dediyinə görə, onun pis oynamasının səbəbkarı ailəsidir. Daha doğrusu, anası.

"Anam mənə cadu edib, pis dualar oxuyub. O, vudunu bacarır və şər ruhlara yalvararaq onlardan mənə zərbə vurmalarını istəyib. Məni bu günə qoyan anamın bəd dualarıdır", - Emmanuel Adebayor söyləyib.

Azerbaycaninfo.com Daily Mail-ə istinadən bildirir ki, Adebayorun ailəsi, qohumları isə deyirlər ki, futbolçu anasını evdən qovub.

"Emmanuel oğul olduğunu unudub. Daha doğrusu, o, şərəfsiz oğuldur. Emmanuel milyonlar qazanır, anası isə küçədə pomidor sataraq gündə 1 funt-sterlinq qazanır. Emmanuel son vaxtlar radikal islamçılarla oturub-durur və onlar da axmaq iddialar söyləyərək onu inandırıblar", - Emmanuel Adebayorun qohumları deyiblər.

Əslən Toqodan olan 30 yaşlı futbolçunun bacısı Meqqi Adebayor isə söyləyib: "Anamız Toqo və Qananın sərhədindəki balaca qəsəbədə pomidor, polietilen paketlər satır. Emmanul anasını unudub. O, anamızın telefon zənglərinə də cavab vermir. Anama Emmanuelin pulu gərək deyil. O, qardaşımı çox sevir".

Emmanuel Adebayor suçlamalara cavab olaraq deyib: "Mənə cadu-piti edən anamı necə sevə bilərəm?! Anamı evdən qovmamışam, özü gedib. Məni müzakirə etmələrinə, cadu-piti etmələrinə son qoymalarını istəyirəm. Bacım da yalan danışır. Ona 1,2 milyon dollara ev almışam. Mən sağam, ailə üzvlərim isə əmlakımı artıq öz aralarında "bölüşdürürlər". Anama da, bacıma da yetərincə pul vermişəm. Üstəlik, bacım deyirsə ki, anamın pula ehtiyacı var - niyə ona yardım etmir?! Axı bacıma hər ay böyük məbləğdə pul yollayıram".


0 0



Şərhlər (Facebook)