Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Bakıelektrikşəbəkə” abonentləri fasiləsiz enerji ilə təmin edəcək


“Bakıelektrikşəbəkə” ASC abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə aparılan yenidənqurma, təmir-bərpa işlərini davam etdirir.


“Bakıelektrikşəbəkə” abonentləri fasiləsiz enerji ilə təmin edəcək

“Bakıelektrikşəbəkə” ASC abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə aparılan yenidənqurma, təmir-bərpa işlərini davam etdirir. Cəmiyyətdən "azerbaycaninfo.com"a bildirlib ki, hazırda paytaxtın ayrı-ayrı rayonlarında yeni yarımstansiyaların tikintisi, hava və kabel xətlərinin çəkilişi, yeni texnologiyaların tətbiqi nəticəsində buna nail olunub. 220/110 kv-luq “Müşfiq” yarımstansiyası ilə 110/35/6-10 kv-luq “Badamdar” yarımstansiyası arasında 110 kv-luq 2 dövrəli kabel xətti çəkilib. Bu kabel xətti vasitəsilə “Badamdar” yarımstansiyası keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunacaq. Qeyd edək ki, indiyə kimi Badamdar yarımstansiyası Müşfiq – Bayıl yarımstansiyaları arası 2 dövrəli 110 kv-luq hava xətti vasitəsilə qidalanırdı. Hal-hazırda həmin xətt rezerv saxlanılmaqla gələcəkdə yaranabiləcək qəza zamanı “Badamdar” yarımstansiyasının elektrik enerjisi təchizatının davamlı olması nəzərdə tutulub. Bundan əlavə 110/35/6 kv-luq 204 saylı yarımstansiya ilə 110/35/6 kv-luq BMKZ yarımsransiyası arasında 110 kv-luq 2 dövrəli kabel xətti də çəkilməkdədir. Bu xətt vasitəsilə adıçəkilən yarımstansiyaların elektrik enerjisi təchizatının dayanıqlılığının artırılması və bu yarımstansiyaların 110 kv-luq dairəvi sxemə qoşulması planlaşdırılır. “Bakıelektrikşəbəkə” ASC bu istiqamətdə işlərini davam etdirir.

Kənan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)