Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakı avtovağzalında 56 yaşlı kişi öldü


Bakı avtovağzalında 56 yaşlı kişi öldü

Ötən gün Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında ölüm hadisəsi baş verib

Hadisə şahidlərinin ANS PRESS-ə verilən məlumata görə, dünən saat 19:34-də avtovağzala yaxın ərazidə, körpünün altında bir kişi insanların gözü qarşısında yıxılıb.

Yaxınlıqdan keçən insanlar hadisə yerinə həkim və polis çağırıblar. Həkimlər gələnə qədər kişi dünyasını dəyişib.

Araşdırmalar zamanı ölən şəxsin 56 yaşlı Rəfail Əliyev olduğu müəyyənləşib.

İlkin ehtimala görə, kişi ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)